Qərbi Kaspi Universiteti



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı

2024-cü il 22 may tarixində Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər” mövzusunda gənc tədqiqatçıların Respublika elmi-praktik konfransı uğurla keçirilmişdir.

Konfransın məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətini təşviq etmək, müasir dövrün qlobal çağırışlarına elmi baxış bucağından yanaşmaq və perspektiv həll yollarını müzakirə etmək olmuşdur. Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən və tədqiqat mərkəzlərindən gənc mütəxəssislər iştirak etmişlər.

Konfransa təqdim edilən təxminən 200 elmi məqalə təşkilat komitəsi tərəfindən elmi rəy (recenziya) və antikopiya (plagiat) yoxlamasından uğurla keçmişdir. Seçilmiş materiallar konfransın rəsmi məqalələr toplusunda dərc olunmaq üçün qəbul edilmişdir.

Konfrans aşağıdakı tematik bölmələri əhatə etmişdir:

  • İKT və mühəndislik
  • Təbiət elmləri
  • İqtisadiyyat
  • Tarix
  • Beynəlxalq münasibətlər
  • Ədəbiyyatşünaslıq
  • Dizayn
  • Psixologiya

Tədbirdə Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tədqiqatçılar və gənc alimlər fəal iştirak etmiş, elmi müzakirələrə öz töhfələrini vermişlər.

Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazılmalı və təqdim olunmuş, tematik bölmələr tərəfindən rəy verilmiş məqalələr konfrans materiallarında dərc olunmuşdur.

Qərbi Kaspi Universiteti bütün iştirakçılara fəal iştiraklarına görə təşəkkür edir və gələcəkdə faydalı elmi əməkdaşlıqların davam edəcəyinə ümid edir.


Western Caspian University
Western Caspian University
Western Caspian University
Western Caspian University
Western Caspian University
Western Caspian University
Western Caspian University