Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə 14-16 iyun 2024-cü il tarixlərində Özbəkistanın Daşkent İrriqasiya və Kənd Təsərrüfat Mexanizasiya Mühəndisləri İnstitutunda “Davamlı inkişaf üçün yaşıl taksonomiya: Yaşıl Texnologiyalardan Yaşıl İqtisadiyyata” I Beynəlxalq Elmi Konfransı keçiriləcək.
Qərbi Kaspi Universitetinin həmtəşkilatçılığı ilə 14-16 iyun 2024-cü il tarixlərində Özbəkistanın Daşkənd şəhərində “Davamlı inkişaf üçün yaşıl taksonomiya: Yaşıl texnologiyalardan yaşıl iqtisadiyyata” (CONGREENTAX-2024) I Beynəlxalq Elmi Konfransı keçirilmişdir.
Bu tədbir ilk dəfə olaraq texniki və iqtisadi elmləri birləşdirərək davamlı inkişaf sahəsində nəzəri və praktiki həllər axtarmağa yönəlmişdir. Konfrans Özbəkistanın “Daşkənd İrriqasiya və Kənd Təsərrüfat Mexanizasiya Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universiteti tərəfindən təşkil olunmuşdur və bir neçə tərəfdaş universitetlərin iştirakı ilə həyata keçirilmişdir.
Qərbi Kaspi Universiteti (Azərbaycan) ilə yanaşı, tədbirin təşkilatçıları və tərəfdaşları aşağıdakı universitetlər olmuşdur:
- Daşkənd İrriqasiya və Kənd Təsərrüfat Mexanizasiya Mühəndisləri İnstitutu (Özbəkistan)
- Karşi Mühəndislik İqtisadiyyat İnstitutu (Özbəkistan)
- Peter Böyük adına Sankt-Peterburq Politexnik Universiteti (Rusiya)
- Moskva Dövlət Tikinti Universiteti — Milli Tədqiqat Universiteti (Rusiya)
- Qazaxıstan-Alman Universiteti (Qazaxıstan)
Bu universitetlər texniki, mühəndislik və iqtisadi sahələri birləşdirərək davamlı inkişafın mühüm məsələlərinin həllində əməkdaşlıq üçün əlverişli platforma yaratmışlar.
Konfransın əsas məqsədlərindən biri “yaşıl” layihələrin taksonomiyası modelinə yanaşmaların qiymətləndirilməsi və bu layihələrin iqtisadiyyatın sistemli şəkildə yenidən qurulması və karbon intensivliyinin azaldılması üçün maliyyə aləti kimi istifadəsinin təhlili olmuşdur.
Konfrans çərçivəsində aşağıdakı mövzular müzakirə edilmişdir: yaşıl texnologiyalar və innovasiyalar, yaşıl maliyyələşdirmə və hüquq, bərpa olunan enerji mənbələri, ekologiya və ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı və meşələrin davamlı inkişafı, yaşıl tikinti, resursların və tullantıların idarə edilməsi, həmçinin ESG (ətraf mühit, sosial məsuliyyət və idarəetmə) aspektləri.
Konfransda müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar, mühəndislər, iqtisadçılar və digər sahə mütəxəssisləri iştirak etmiş, öz ən son elmi nailiyyətlərini və praktiki təcrübələrini paylaşmışlar. Diskussiyalar həm plenarlarda, həm də təqdimatlar və müzakirələr şəklində keçirilməklə canlı və məhsuldar mühit yaradılmışdır.
Bu tədbir davamlı iqtisadiyyat və ekoloji inkişaf yolunda mühüm addım olmuş, qlobal çağırışların həllində birgə səylərin və çoxşaxəli yanaşmanın vacibliyini vurğulamışdır.
Qərbi Kaspi Universiteti bütün iştirakçılara fəal iştiraklarına görə təşəkkür edir və gələcəkdə də faydalı elmi əməkdaşlıqların davam edəcəyinə ümid edir.