Qərbi Kaspi Universiteti

Konfrans şəkli
Konfrans Qlobal 2025.pdf

Hörmətli həmkarlar,

Qərbi Kaspi Universitetində Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı

14 may 2025-ci il tarixində Qərbi Kaspi Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Qlobal çağırışlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.

Bu konfrans, müxtəlif sahələr üzrə faəliyyət göstərən gənc alimlər üçün elmi nəticələrini ictimaiyyətə təqdim etmək, elmi diskussiyalara qoşulmaq və tədqiqat bacarıqlarının elmi cəmiyyətə inteqrasiyası baxımından mühüm bir addımdır.

Elmi istiqamətlər

  • İKT və mühəndislik
  • Texniki elmlər
  • Humanitar elmlər
  • İqtisadiyyat
  • Sosial elmlər
  • Təbiət elmləri
  • Sənətşünaslıq

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

Tezisin tərtibi qaydaları:

  • Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 12
  • Hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir
  • Material rus və ya ingilis dilindədirsə, Azərbaycan dilində xülasə əlavə olunmalıdır

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 11)
  • İstinadlar kvadrat mötərizədə verilir, məsələn, [1], [2]
  • Ədəbiyyat siyahısı əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 12)

Mühüm tarixlər

  • Tezislərin göndərilməsi üçün son tarix: 30 aprel 2025-ci il
  • Tezisin qəbul olunması haqqında məlumat: 05 may 2025-ci il

Keçirilmə yeri və əlaqə

Qərbi Kaspi Universiteti

Nərimanov rayonu, Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

E-poçt: yrc2025@wcu.edu.az

Tel.: +994 12 565 39 77 (121)